Şəhid Sənan Seyfullayev anıldı

Şəhid Sənan Seyfullayev anıldı
  • Masallı / Sosial

  • Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Seyfullayev Sənan Mətləb oğlunun 2-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

    Asiya.az xəbər verir ki, anım mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.

    Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunmuşdur.

    Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısına və qonaqlara dərin minnətdarlığını bildirmişdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər