"Ermənistanda Azərbaycana qarşı nifrət bəslənilir və bu, hər gün daha da artır" - Deputat

"Ermənistanda Azərbaycana qarşı nifrət bəslənilir və bu, hər gün daha da artır" - Deputat
  • Siyasət

  • "Son günlər Ermənistan tərəfindən Azərbaycana qarşı nifrət püskürülür. Azərbaycana qarşı yenidən revanşist və faşist siyasət həyata keçirilməkdədir”.

    Bu sözləri AZXEBER.COM-a açıqlamasında son günlərdə ermənilərin Azərbaycana qarşı yeni təxribatlar törətməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

    Deputatın sözlərinə görə, ermənilərin əsl simasını bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq zamanıdır: 

    "İlk olaraq Azərbaycan-Ermənistan şərti sərhədində Azərbaycan hərbçilərinə qarşı təxribatın törədilməsi və əsgərlərimizin şəhid olması, daha sonra hava şəraitinin pis olması ilə əlaqədar yollarını azaraq Ermənistan tərəfinə keçmiş əsgərlərimizin qəddarcasına döyülməsi, onların əlləri bağlı halda onlara zərbələrin endirilməsi insanlıq əleyhinə cinayətin törədilməsi və hadisələrin kuliminasiya nöqtəsi beynəlxalq idman yarışında Azərbaycan bayrağının təhqir edilməsi, yandırılması ermənilərin əsl simasını ortaya qoydu. Bu, faktiki olaraq məqsədyönlü həyata keçirilmiş və bir-birilə əlaqəsi olan hadisələrdir. Bu, Ermənistan cəmiyyətinin, Ermənistan revanşist qüvvələrinin istəkləri, arzuları, eyni zamanda Azərbaycana qarşı nifrət hissi bəsləmələrinin bariz nümunəsidir və bu hiss hər keçən gün artır. Biz bacardığımız qədər çalışmalıyıq ki, beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları baş vermiş bu hadisələrə düzgün qiymət vermələrinə məcbur edək. Onların gözlərini açmalıdırlar və Ermənistanın əsl simasını tanımalıdırlar. Çünki faktiki olaraq beynəlxalq təşkilatlar erməni havadarlarının əsl simasını görmək istəmirlər. Əksinə, ermənilərə gizli bir şəkildə dəstək göstərirlər. Ermənilərin həyata keçirdikləri işlərə müəyyən dərəcədə bəraət qazandırırlar”.

    Naqif Həmzəyev, həmçinin İrəvanda Azərbaycan bayrağına qarşı təxribata da öz münasibətini bildirib:

    "Bu baxımdan biz beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıraraq Ermənistanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinin əleyhinə olduğumuzu bildirməliyik. Ermənistana bu cür mötəbər tədbirlərin keçirilməsi icazəsi verilməsin. Uzun illər Ermənistan bu cür beynəlxalq tədbirlərin keçirilməsindən kənarlaşdırılsın. İdmançılarımızın yarımçıq yarışı tərk etmələri ilə bağlı qərarlarını mən düzgün dəyərləndirirəm. Çünki idmançılarımızın orada təhlükəsizliyi heç bir halda təmin edilməmişdi”.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Belə ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb. 
    Ayşən Mirzəyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər