Lənkəranda qidadan zəhərlənən 17 nəfərin adı açıqlandı

Lənkəranda qidadan zəhərlənən 17 nəfərin adı açıqlandı
  • Lənkəran / Manşet / Sosial

  • Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.
     
    Asiya.az
    onların adlarını təqdim edir:

    Cəfərov Yusif Elşən oğlu – 2019-cu il
    Hüseynov Həmzə Əhməd oğlu – 2018-ci il
    Süleymanova Aysel Zaur – 2016-cı il
    Cəfərova Dəniz Elşən qızı – 2015-ci il
    Cəfərov Rəşad Elşən oğlu – 2014-cü il
    Ağayeva Bahar İsmət qızı – 2014-cü il
    Süleymanov Zaman Zaur oğlu – 2014-cü il
    Ağayev Murad İsmət oğlu – 2013-cü il
    Ağazadə Şəfa Arzuman qızı – 2001-ci il
    Hüseynova Zeynəb Əhməd qızı - 2010-cu il
    Cəfərova Jalə Rizvan qızı – 1995-ci il
    Ağayeva Güldanə İslam qızı – 1995-ci il
    Süleymanova Aygün Vəliağa qızı – 1989-cu il
    Ağayeva Günel Vəliağa qızı – 1988-ci il
    Ağayeva Əzizə Xudaverdi qızı – 1985-ci il
    Ağayev Arzuman Vəliağa oğlu – 1976-cı il
    Ağayeva Firuzə Canəli qızı – 1954-cü il.

    Xəstəxananın şöbə müdiri Elgiz Baxşıyevin bildirdiyinə görə, hazırda xəstəxanada 5-i uşaq, 4-ü qadın və 1 nəfər kişi olmaqla 10 nəfərin müalicəsi davam etdirilir. Zəhərlənmənin hansı səbəbdən olduğunun müəyyənləşməsi üçün xəstələrdən qida qalıqlarının nümunəsi götürülərək laboratoriyaya təqdim olunub.

    Qeyd edək ki, kütləvi zəhərlənmə hadisəsi ötən axşam Lənkəran rayonunun ucqar dağ kəndi olan Bəletonda, kənd sakini Arzuman Ağayevin qızının nişan mərasimində baş verib. Ev şəraitində keçirilən məclisə toplaşan 30 nəfərdən 17-si qida qəbul etdikdən bir neçə saat sonra zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.

    Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər