G7 sammiti işə başlayıb

G7 sammiti işə başlayıb
  • Manşet / Siyasət

  • “Böyük yeddiliyin” G7) Xirosimada keçirilən sammitinin rəsmi proqramı cümə günü 1945-ci ildə Amerika atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkına ziyarətlə başlayıb.

    Asiya.az
    xəbər verir ki, aralarında nüvə güclərinin (ABŞ, Böyük Britaniya, Fransa) da olduğu G7 ölkələrinin liderləri ilk dəfədir ki, Xirosimadakı memorial kompleksi belə tərkibdə ziyarət edirlər. Tədbirin proqramına bombardman qurbanlarının xatirəsinə həsr olunmuş ekspozisiya təqdim olunan Sülh Muzeyinə səfər də daxildir.
    Yeddilik Qrupu gün ərzində üç iş sessiya keçirəcək. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, onlardan biri Ukrayna mövzularına həsr olunacaq. Gündəlikdə cəmi on iclas və müxtəlif əlavə tədbirlər var.
    PAYLAŞ:

    Oxşar xəbərlər