Masallı Xalq Teatrı şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim etdi - VİDEO/FOTOLAR

  • Mədəniyyət / Manşet

  • Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrı sənətsevərlərə şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim edib.

    Şəhid Masim Qurbanovun əziz xatirəsinə həsr olunan "Qanlı təpə" adlı tamaşa-kompozisiyada teatrın aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecin kollektivi də iştirak edib.

    Asiya TV xəbər verir ki, "Qanlı təpə" tamaşa-kompozisiyası yazıçı-publisist Nurəddin Ədiloğlu "Qarşıla ay ana, döndüm evimizə" adlı esse-məqaləsi əsasında hazırlanıb.

    Tamaşada şəhid Masim Qurbanovun timsalında vətənə, el-obaya bağlılıq, mərdlik kimi ən ali keyfiyyətlər poetik formada, obrazlı şəkildə ifadə edilib.
    Kompozisiyanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, quruluşçu rəssamı Elsevər Əliyevdir.

    Cəmaləddin Əliyev bildirib ki, kompozisiya məzmunca milli birlik və oyanış, vətənə, dövlətə sevgi kimi milli-mənəvi dəyərləri ehtiva edib.

    Sonda şəhidin atası Hafis Qurbanov yaradıcı heyətə öz minnətdarlığını bildirib.
    Asiya.az
    Masallı Xalq Teatrı şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim etdi - VİDEO/FOTOLAR
    Masallı Xalq Teatrı şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim etdi - VİDEO/FOTOLAR
    Masallı Xalq Teatrı şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim etdi - VİDEO/FOTOLAR
    Masallı Xalq Teatrı şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim etdi - VİDEO/FOTOLAR
    Masallı Xalq Teatrı şəhid xatirəsinə həsr olunan kompozisiya təqdim etdi - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər