Həbsdə olan jurnalist aclıq aksiyasına başladı

Həbsdə olan jurnalist aclıq aksiyasına başladı
  • Manşet / Sosial

  • 2019-cu il tarixində 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilən "İnfo PlusTV" saytının təsisçisi və baş redaktoru Cəlal Məmmədovun istinad məktubuna əsasən 16 may 2023-cu il tarixindən "aclıq aksiyası"na başlayıb. C.Məmmədovun atdığı bu addıma səbəb, barəsində həqiqətə uyğun olmayan ittihamların şəxsi işinə qeyd olunması olub. 

    C.Məmmədovun həbs olunmasının səbəbi "Antaliya Mehman" adı ilə tanınan Mehman Həsənovun işlətdiyi əxlaqsızlıq yuvaları barədə yayımladığı silsilə yazılar olmuşdu. Bu səbəblə də Azərbaycan Respublikası CM-nin 282.2.1, 2.4 maddəsi ilə təqsirləndirilmişdir. Lakin jurnalistin təqsirləndirildiyi maddə bir kənara buraxılıb, dövlət və dövlətçilik əleyhinə fəaliyyətlə məşğul olması, prezident əlehinə yazılar dərc etməsi, cəmiyyətdə iğtişaş yaratması və s. kimi müxalif davranışlara yol verməsi ittihamları ilə günahlandırılır. Halbuki, C.Məmmədov həbs olunmadan öncə jurnalist fəaliyyətini ölkə prezidentinə etimad, və dövlətçilik ənənələrinə hörmət prinsipləri əsasında aparıb. 

    Bu gün ona qarşı sürülən ittihamlar, etmədiyi günahlarla təqsirləndirilməsi, jurnalisti "aclıq aksiyası" keçirməyə vadar edib. Hətta C.Məmmədovun başlatdığı "aclıq aksiyası"nın rəsmiləşdirilmədiyini belə ehtimal edirik. Buna baxmayaraq jurnalist öz mövqeyində qərarlı olduğunu və üzərinə qoyulan haqsız ittihamlar götürülənə qədər aksiyanı davam edəcəyini ehtimal edirik.

    Son olaraq isə ümüd edirik ki, C.Məmmədova qarşı yönələn qərəzin yerini haqq-ədalət alacaq. 

    Tərifə Maqsudova

    "Xebez.az" saytının Baş redaktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər