Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • Cəlilabad / Hadisə

  • Cəlilabadda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Bu barədə Asiya.az-a Cəlilabad rayon prokurorluğundan bildirilib.
    Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
    Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər