Asiya.az erkən yaşlanmaya səbəb olan bir sıra qidaları təqdim edir:
Süd tozu: Süd tozu kimi satılan qidalar və bu cür emal olunmuş süd məhsulları əslində zərdab proteini adlanan qeyri-sağlam zülal növündən istehsal olunur. Sağlam hesab olunsa da, zərdab proteini androgen ifrazına səbəb olur. Testosteron hormonunu təqlid edən androgen dəridə kollagenin istehsalına zərər verir. Nəticədə sızanaqların və qırışların yaranmasına səbəb olur.
Süni şəkər: Şokolad və tərkibində süni şəkər olan tortlar kimi qablaşdırılmış şəkərli qidalar sağlamlığı ciddi şəkildə təhdid edən qidalar qrupuna daxildir. Onların tərkibində olan süni şəkər hüceyrələrə yapışaraq zərərli sərbəst radikallara çevrilir. Hüceyrələrin regenerasiya sürətinə təsir edən və maddələr mübadiləsini ləngidən süni şəkər həm çəki artımına, həm dəri problemlərinə, həm də sinir hüceyrələrinin qarşılıqlı təsirinin ləngiməsinə səbəb olur. Erkən qocalmanın və xəstəliklərin qarşısını almaq üçün süni şəkəri həyatınızdan çıxarmaq lazımdır.
Qablaşdırılmış qidalar: Qablaşdırılmış çips kimi qidalarda Çin duzu var. Çin duzu toxluq hissini yox edən və daha çox istehlaka səbəb olan qida növüdür. Daha çox yağlı qidaların qəbulu həm sızanaqların əmələ gəlməsinə, həm də ürək damarlarında tıxanmalara səbəb olacaq. Dərinizin gənc quruluşunu itirməsini və erkən yaşlarda ciddi xəstəliklərlə üzləşməsini istəmirsinizsə, qablaşdırılmış məhsullar yerinə təbii qidalara üstünlük verməlisiniz.
Hazır qidalar: Hazır qidalar sağlam quruluşunu itirmiş dondurulmuş məhsullardır. Bu istiliklə işlənmiş qidaların istehlakı, emal edilmiş ət və qablaşdırılmış qidaların istehlakı kimi həm dəri, həm də sağlamlığı təhdid edən bir vəziyyətdir. Xaricdən alına bilən hamburger və ya kartof qızartması kimi məhsulları evdə daha sağlam şəkildə hazırlayaraq istehlak edə bilərsiniz.
Günel