Lənkəranda 87 yaşlı qadın quyuya düşdü

Lənkəranda 87 yaşlı qadın quyuya düşdü
  • Lənkəran / Hadisə

  • Lənkəran rayonunda 87 yaşlı qadın quyuya düşüb.

    Bu barədə Cənub bürosu xəbər verir.

    Qeyd edilib ki, rayonun Tütəpeştə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinə məlumat daxil olub.

    Dərhal əraziyə xilasedicilər cəlb olunub. Görülən tədbirlər nəticəsində quyuda olan kənd sakini, 1936-cı il təvəllüdlü Cahangirova Arifə Möhsün qızı xilas edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər