Masallıda “Qurtuluş yürüşü 2023” adlı marafon keçirilib – FOTOLAR

Masallıda “Qurtuluş yürüşü 2023” adlı marafon keçirilib – FOTOLAR
  • Masallı / İdman / Araşdırma

  • Masallı rayonunda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş yürüşü 2023” adlı marafon keçirilib.

    Asiya.az
    xəbər verir ki, marafon Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı Rayon Təşkilatının, Azərbaycan Atletika Federasiyasının  təşkilatçılığı və Bakı Marafon Klubunun dəstəyi ilə baş tutub.
    Yürüş iştirakçıları rayonun Heydər Əliyev parkından start götürərək Masallı şəhəri üzrə 10 km məsafəni qət etdikdən sonra təyin olunan finiş xəttinə yaxınlaşıblar. 

    Marafon yürüşünü maraqlı edən məqamlardan biri də peşəkar idmançılarla yanaşı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun da 10 km məsafəni fasiləsiz qaçması olub.

    “Qurtuluş yürüşü 2023”-ün mükafatlandırma mərasimi öncəsi Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə yubiley tədbirləri keçirilir.

    “Bayram günlərinə təsadüf edən bu möhtəşəm tədbir rayonumuzun istər idman, istərsə də ictimai-siyasi həyatında əhəmiyyətli olduğu qədər bütün masallılar üçün bayrama çevrilib” – deyərək, rayon rəhbəri əlavə edib.
    “Sağlam bədəndə sağlam ruh olar” sözləri ilə çıxışını yekunlaşdıran RİH başçısı bir daha marafon qaliblərini təbrik edərək qeyd edib ki, bu tədbirə qoşulan hər kəs qalibdir.   

    YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Sevda Mirzəyeva, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Bakı Marafon Klubunun təsisçisi və rəhbəri Firdovsi Kərimov, Tunis Dünya Qran-Prisinin (2019) qızıl mükafatçısı Elşən Quliyev və başqaları xalqımızın qürur və şərəf günü kimi Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə marafon iştirakçılarını və qalibləri təbrik edərək tədbirin təşkilatçılarına, tərəfdaşlıq edən bütün qurumlara minnətdarlıqlarını ifadə ediblər.
    Bayram əhval-ruhiyyəli tədbirdə “Halay” folklor kollektivinin çıxışı alqışlarlara qarşılanıb.

    Marafonda fərqlənənlər təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal və diplom, eləcə də təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif ediliblər.
    Cəfər Cəfərov,
    Elsevər Əliyev, 
    Faiq Mirzə, 
    Asiya.az 




















































    PAYLAŞ:

    Oxşar xəbərlər