Asiya.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” SXM-nin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən bilik yarışmasında iştirak edən rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov, Ombusmanın cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, şəhid anasaı Mehriban Sultanova və başqaları çıxışlarında bildiriblər ki, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş Azərbaycan qadını ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr verib, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub.
Çıxışçılar Qadınlar bayramı münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Yarışmanın yekun nəticəsinə əsasən Masallı Regional Mədəniyyət İdarəsinin “Buta” komandası birinci, “Təhsil” (Masallı) komandası ikinci, Masallı Dövlət Regional Kollecinin “Zəfər” komandası üçüncü dərəcəli, Masallı rayon ASAN Xidmət Mərkəzinin “ASAN xidmət” komandası isə fərqlənmə diplomuma layiq görülüblər. Qalib və bütün iştirakçı komandalar hədiyyə və təşəkkürnamə ilə təltif olunublar.