"İlmələrdə Yaşayan Tariximiz" adlı yaradıcılıq sərgisi təşkil olundu - FOTOLAR

"İlmələrdə Yaşayan Tariximiz" adlı yaradıcılıq sərgisi təşkil olundu - FOTOLAR
  • Mədəniyyət

  • Beynəlxalq Qalereyada layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş dekorativ-tətbiqi sənət  rəssamı və xalçaçı rəssam Minarə Bayramovanın "İlmələrdə Yaşayan Tariximiz" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu.

    Asiya.az xəbər verir ki, sərgidə rəssamın 15 eskizi və toxunması özünə məxsus olan müxtəlif sujet xətli, milli motivli xalça və xalçadan hazırlanmış çantalar, kəmərlərlər, əsərlər sərgilənirdi. Milli tikmə növləri, milli üslubda miniatür əl işləri, sabundan hazırlanmış gül çələngləri  izləyicilər tərəfindən böyük marağa səbəb oldu. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova xalqımızı və sərgiyə gələn qonaqları 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib,  dekorativ-tətbiqi sənət rəssamı, xalçaçı rəssam Minarə Bayramovanın məhz bu gündə milli-mənəvi dəyərlərimizi əks etdirən əsərlərindən ibarət ilk fərdi yaradıcılıq sərgisinin təşkil olunmasının böyük anlamı olduğunu bildirdi. Minarə xanımın nümunəvi xanım, dəyərli  sənətkar olaraq hər zaman sərgilərdə fəal fəaliyyətindən danışıb çıxış üçün sözü Minarə xanımın həyat yoldaşı Xalq artisti Eldost Bayrama verdi. Eldost müəllim öncə bu gözəl gündə sərginin təşəbbüskarı  və təşkilatçılarına təşəkkür etdi. Hər şeydən əvvəl Minarə xanımın onun həyat yoldaşı olduğu üçün həmişə fəxr etdiyini bildirib dəyərli sənətkarın onun gözləri qabağında yaratdığı əsərlərinin ilk tamaşaçısı olaraq gözəlliyinə valeh olduğunu və zövq aldığını dedi. Minarə xanımı təbrik edib, sənətkara uğurlar arzuladı. Sərgidə çıxış edən qonaqlar əsərlərdən xüsusi  zövq aldıqlarını bildirdilər, Minarə xanıma tükənməz enerji bol uğurlar arzuladılar. Sərginin bədii hissəsində saz aşıqlarının ifasında el havaları səsləndirildi. Beynəlxalq Qalereya adından Minarə xanım ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu . Ənənəvi olaraq həmin günə özəl hazırlanmış rəssam tortu kəsildi. Sonda xatirə fotoları çəkildi.











    PAYLAŞ:

    Oxşar xəbərlər