Masallı pəhləvanı qitə üçüncüsüdür

Masallı pəhləvanı qitə üçüncüsüdür
  • Masallı / İdman

  • Sərbəst güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.

    İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
    Qitə birinciliyndə sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Zəfər Əliyev qitə birinciliyinin bürünc medalına sahib olub.
    Qeyd edək ki, Zəfər Əliyev ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, 1/4 finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabıyla məğlub olub. Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayev üzərində böyükhesablı qələbə qazanıb - 10:2. Zəfər son qarşılaşmada slovakiyalı Adam Jaksikə 12:5 hesabıyla qalib gələrək çempionatın bürünc medalını əldə edib.

    Məlumat üçün bildirək ki, Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsi, hazırda böyüklərdən ibarət ölkə yığmasının üzvü Zəfər Cəlal oğlu Əliyev çimərlik  güləşi üzrə gənclərin (U-20) Avropa çempionatının (07-08.07.2022,  Yunanıstan) qızıl, U-20 Dünya çempionatının (02.09.2022, Ruminiya) gümüş medalçısıdır.
    Akif AĞAYEV,
    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər