20-03-2023, 14:34
1 167
Masallı / İdman
17-19 mart 2023-cü il tarixlərdə Rumuniyanın Buxarest şəhərində keçirilən sərbəst güləş üzrə 23 yaşlıların Avropa çempionatında Masallı pəhləvanı Babazadə Rəşid Cavid oğlu 65 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.
Xatırladaq ki, Rəşid zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə final görüşündə güləşməyib.
Qeyd edək ki, Rəşid, Masallı rayon Sığdaş kəndindəndir və Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi Təhmasib İsayevin yetirməsidir.