Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
  • İdman / Araşdırma

  • Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında  güləşçimiz Maqomed-Başir Xaniyev (70 kq) final görüşünə çıxıb.

    O həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gəlib.
    İdmançımız tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.
    Digər idmançımız Rəşid Babazadə (65 kq) zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə  final görüşündə güləşməyib və U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
    Səbuhi Əmiraslanov ermənistanlı Narek Qriqoryana  4:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb. İslam İlyasov (97 kq) isə finalda türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər