Lənkəranda dənizdə batan qızları xilas etməyə çalışaraq boğulan gəncin yaxınları danışdılar - VİDEO

Lənkəranda dənizdə batan qızları xilas etməyə çalışaraq boğulan gəncin yaxınları danışdılar - VİDEO
  • Lənkəran / Sosial

  • Lənkəranın Sütəmurdov kəndi ərazisində dənizdə boğulan Ramin Məmmədzadənin qohumları danışıblar.

    Əmisi Bəhruz Məmmədov BAKU.TV-yə açıqlamasında bildirib ki, Ramin çox mədəni insan olub:

    "Dünən dənizə gedib. Orada iki nəfərin boğulduğunu görəndə dərhal onları xilas etməyə çalışıb. Bir nəfəri xilas edib, ikincini xilas etmək istəyərkən özü boğulub”.

    Raminin əmisi oğlu Mircavid Məmmədzadə qeyd edib ki, onlar birlikdə böyüyüblər:
    "İdmançı idi, fiziki işlərlə məşğul olurdu”.

    Daha ətraflı BAKU.TV-nin süjetində:
    PAYLAŞ:

    Oxşar xəbərlər