“TikTok”dan yeni ÖZƏLLİK

“TikTok”dan yeni ÖZƏLLİK
  • Maraqlı

  • "TikTok” aylıq sınaqlardan sonra tətbiqdə onlayn alış-veriş təklif edən "TikTok Shop" funksiyasını ABŞ-də istifadəyə verib.

    Asiya.az xəbər verir ki, Çin sosial media platforması "TikTok” yeni bir funksiyasını təqdim edib.

    Tətbiq rəhbərliyi tərəfindən edilən açıqlamada 150 milyondan çox istifadəçisi olan ABŞ-də "TikTok Shop" funksiyasının mövcud olduğu bildirilib.

    Açıqlamada markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin canlı yayımlar və video məzmun vasitəsilə alış-veriş edə biləcəkləri bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər