Lənkəranda “Bədii əsərlərin kinoda təcəssümü” mövzusunda açıq qapı günü keçirlib - FOTOLAR

Lənkəranda “Bədii əsərlərin kinoda təcəssümü” mövzusunda açıq qapı günü keçirlib - FOTOLAR
  • Lənkəran / Manşet / Mədəniyyət

  • Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Zona Bölməsi ilə birgə fəaliyyəti çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Bədii əsərlərin kinoda təcəssümü” mövzusunda açıq qapı günü keçirilib.

    Asiya.az
    xəbər verir ki, Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevin sədrliyi ilə keçən görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran şöbəsinin nümayəndələri, Lənkəran Dövlət Dram Teatrının, “Masal prodakşn” nın əməkdaşları, və digər qonaqlar iştirak ediblər.

    Giriş sözü ilə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev Azərbaycan kinosunun inkişaf yolundan danışıb. O, qeyd edib ki, Mədəniyyət və Yaradıcı sənayelərin ölkələrin dayanıqlı inkişafına verdiyi töhfəsi, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun payının artırılması baxımından əhmiyyəti nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının fəaliyyət istiqamətləri üzrə 1.1.14. Mədəniyyət və Yaradıcı Sənayelər (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac poitensiyalının gücləndirilməsi, 2.3.1. Rayon və kənd yerlərində əhalinin məşğulluğunun artırılması məqsədi ilə zəruri resusların təmin edilməsi və 3.2.4 Mədəni və yaradıcı cəmiyyətin inkişafının təşviqi nəzərdə tutulmuşdur.

    Ölkə üzrə mədəniyyət və yaradıcı sənayelərin inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

    Mədəniyyət və Yaradıcı Sənayelərin komersiyalaşma potensialı ilə bağlı maarifləndirmə tədbirləri, o cümlədən müvafiq sahəvi və ya regional icmaların formalaşması, əsas məqsəd ümumi təşviq və ilkin biliklərin əldə olunmasıdır.

    Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Zona Bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Dram Teatırın baş rejissoru Anar Sadıqlı, “Masal pordakşn”nın baş direktoru Cəfər Cəfərov və digər çıxış edənlər “Bədii əsərlərin kinoda təcəssümü” adlı tədbirin yüksək mahiyyətə aid olduğunu vurğulayıblar. Həmçinin mövzu ilə əlaqədar aktual məsələlərə toxunulmaqla gələcəkdə birgə fəaliyyətin davamı olaraq belə marifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin zəruriliyi qeyd olunub və bir neçə təkliflər irəli sürülüb.

















    PAYLAŞ:

    Oxşar xəbərlər