Miqren ağrısını yox edən çaylar - SİYAHI

Miqren ağrısını yox edən çaylar - SİYAHI
  • Maraqlı

  • Məlumdur ki, baş ağrıları kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir . Miqren ən şiddətli ağrı növlərindən biridir. Beyindəki sinirlərdə və damarlarda baş verən dəyişikliklər nəticəsində yaranan baş ağrısı növü olan bu ağrı ilə mübarizədə ən vacib məqamlardan biri də düzgün qidalanmadır.

    Asiya.az məlumat verir ki, miqren tutmaları həyat keyfiyyətini aşağı salan ümumi sağlamlıq problemlərindən biridir. Şiddətli ağrılardan qaçmaq üçün ağrıya səbəb olan risklərdən, xüsusilə ətraf mühit faktorlarından və sağlıqsız qidalanmadan uzaq olmaq lazımdır. Gündəlik qəbul etdiyimiz bəzi içkilər bu nöqtədə ağrıları aradan qaldırmağa kömək edə bilər. 

    Miqren ağrısını yüngülləşdirən və hətta sağaldan içkilərin olduğunu bilirdinizmi?

    Bu içkilərin başında qəhvə və yaşıl çay durur.


    Bir fincan qəhvədə 30 ilə 50 mq arasında kofein var. Aşağı kofein tərkibli qəhvənin qəbulu miqrenə qarşı profilaktik təsir göstərir.

    Qara çay və növləri kimi yaşıl çay da Camellia sinensis bitkisinin yarpaqlarından hazırlanır və zəngin antioksidant tərkibi ilə seçilir. Antioksidantlar bədəndə səhv gedən bir çox sağlamlıq problem ilə mübarizə aparan birləşmələrdir.

     
    Mütəxəssislər bildirirlər ki, ağrıkəsici təsiri ilə tanınan nanə yağı gərgin baş ağrılarının yerli müalicəsində alternativ təbabətdə geniş istifadə olunur. Nanəni çay şəklində içmək və ətirini qoxulamaq miqren tutmaları üçün faydalıdır. Nanə çayı kofeinsizdir, ona görə də yuxunuza təsir edəcəyindən qorxmadan günün istənilən vaxtında içə bilərsiniz.


     
    Miqren tutmlarını aradan qaldıra bilən başqa bir kofeinsiz bitki çayı da zəncəfil çayıdır. Bu növ çay bitkinin yarpaqlarından deyil, kökündən hazırlanır.  Mütəxəssislərin fikrincə, zəncəfil miqren tutmaları zamanı yarana biləcək ürəkbulanmanın da çarəsidir. 

     
    Portağal suyu tərkibindəki yüksək maqnezium səbəbiylə baş ağrıları və miqren tutmalarına kömək edə biləcək digər bir içkidir. Yarım fincan portağal suyunda təxminən 11 mq maqnezium var. Onu seçərkən meyvənin təzə olub-olmamasına diqqət yetirmək də vacibdir. 
     
    PAYLAŞ:

    Oxşar xəbərlər