Oturaq həyat tərzi sürənlərin diqqətinə - Bu xəstəliklər yarana bilər

Oturaq həyat tərzi sürənlərin diqqətinə - Bu xəstəliklər yarana bilər
  • Maraqlı

  • Bel ağrısı uzun müddət oturaq həyat tərzi sürən insanların əsas problemlərindən birinə çevrilib.

    Asiya.az
    xəbər verir ki, mütəxəssislər bir çox səbəbi olan və bəzi xroniki xəstəliklərin xəbərçisi sayılan bel ağrılarına diqqət yetirmək lazımdır.

    Mütəxəssislər qeyd edir ki, 6 həftədən az davam edən ağrılara kəskin bel ağrısı deyilir. Müəyyən bir fəaliyyət və ya travmadan sonra yarana bilər və ya travma olmadan baş verə bilər. Adətən, ağrı öz-özünə azalır və ya tamamilə yox olur.

    Bir dəfə şiddətli bel ağrısı keçirən insanların təxminən 30%-də bu hal təkrar baş verir. Ancaq nəzarət və qayğı altında olarsa, bu təkrarlanma riski minimuma endirilə bilər.

    Üç aydan çox davam edən bel ağrısına isə xroniki bel ağrısı deyilir. Mövcud toxuma pozğunluğu ətrafdakı sinir uclarına təsir edərək ağrıya səbəb olur.

    Bel ağrılarının müalicəsi üçün ciddi mütəxəssis həkim müayinəsi və müayinələri ilə ağrının əsl mənbələri araşdırılmalıdır.

    Mütəxəssislər qeyd edir ki, bel ağrısı baş verməzdən əvvəl onun üçün tədbir görmək lazımdır. Bel ağrısına səbəb olacaq şeylər məlum olduğu üçün onlardan uzaq olmaq olmalıyıq.
    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər