Masallıda Zəfər Gününə həsr olunan teatr kompozisiyası nümayiş olunub - FOTOLAR

Masallıda Zəfər Gününə həsr olunan teatr kompozisiyası nümayiş olunub - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Noyabrın 3-də N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Ziyarətinə gəlmişəm, Şuşa” adlı teatr kompozisiyası nümayiş olunub.

    Asiya.az xəbər verir ki, Masalı Xalq teatrının səhnə ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrindən ibarət həvəskar aktyorların iştirakı ilə ərsəyə gətirilən tamaşaya rayon rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar, tələbələr və başqaları baxıblar.

    Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Süjet xəttində Şuşa şəhərinin azadlığı və sakinlərin doğma yurda qayıtması mövzusuna toxunulan tamaşada obrazlar məharətlə oynanılıb, düşüncələr bədii boyalarla əks etdirilib, həmçinin vətənpərvərlik şeirləri və monoloqlar səsləndirilib.

    Tamaşanın sonunda uğurlu səhnə yaradıcılığına görə aktyorlar rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov tərəfindən “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif edilib.












    PAYLAŞ:

    Oxşar xəbərlər