Masallıda "Qisas" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub

Masallıda "Qisas" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub
  • Masallı / Manşet / Mədəniyyət

  • Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan “Qisas” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

    Asiya.az
    xəbər verir ki, kompozisiyanı Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədr müavini İlkin Əzizov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Polis Şöbəsinin, SHXÇDX-nin Masallı rayon şöbəsinin, rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət nümayəndələri, "Asiya.az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, kollecin şagird və müəllim kollektivi, yerli media nümayəndələri, həmçinin digər rayon rəsmiləri izləyib.
    Əvvəlcə Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş olunub.

    Qeyd edək ki, kompozisiyanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir. Kompozisiyada rolları Masallı Xalq Teatrının aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər.















    PAYLAŞ:

    Oxşar xəbərlər