Masallıda Ümummilli liderə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu - VİDEO/FOTOLAR

Masallıda Ümummilli liderə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu - VİDEO/FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunan "Böyük ömrün dastanı" adlı ədəbi-bədii kompozisiya təqdim edilib. 

    Asiya TV
    xəbər verir ki, Xalq şairi Zəlimxan Yaqubun ulu öndərə ithaf olunan şeirləri əsasında hazırlanmış kompozisiyada Xalq teatrının sənət ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri rolları bölüşüblər. 

    Yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, mədəniyyət işçiləri, media nümayəndələri və rayon sakinlərinin iştirak etdiyi səhnə tədbiri ümummilli liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsinin hörmətlə yad olunması ilə başlayıb.

    İlk olaraq, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova ümummilli liderin mənalı həyat yolu və siyasi fəaliyyətinin əsas cəhətləri barədə məruzə ilə çıxış edib. O, görkəmli şəxsiyyətin öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işləri auditoriyanın diqqətinə çatdırıb.

    Sonra müəllim və tələbələr ulu öndər Heydər Əliyevə ithaf olunan şeir kompozisiyaları söyləyib, dahi siyasi liderin həyatından bəhs edən monoloqlar deyiblər. 

    Daha sonra Mərkəzin solistləri, istedadlı sənətçilər Miriş Hüseynov  Şamo İbayev həzin musiqilər ifa ediblər. 

    Teatr kompozisiyasına rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı Elsevər Əliyev, musiqi tərtibatı Ruslan Zahidova aiddir.








    PAYLAŞ:

    Oxşar xəbərlər