Lənkəranda “Nakam ömrün akkordları” sənədli filminin təqdimatı olub - FOTOLAR

Lənkəranda “Nakam ömrün akkordları” sənədli filminin təqdimatı olub - FOTOLAR
  • Lənkəran / Mədəniyyət

  • Mədəniyyət şəhidi Hümmətov Turalın xatirəsinə həsr olunan sənədli filmin təqdimatı olub.

    Asiya.az xəbər verir ki, Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Tural Hümmətov haqqında “Nakam ömrün akkordları” adlı sənədli filmin təqdimatı keçirilib.

    Tədbirdə şəhidin doğmaları və yaxınları, döyüş yoldaşları, qazilər, şəhid ailələri, rayon rəsmiləri, mədəniyyət, media, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Filmin nümayişindən öncə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov filmin yaradıcı heyətinə və o cümlədən filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib. B.Qılıncov qeyd edib ki, bu cür filmlərin hazırlanması və yayılması şəhidlərimizin tanıdılmasında müstəsna rola malikdir.

    Filmdə şəhidin doğulduğu gündən şəhid olduğu vaxta qədər keçdiyi həyat yolu işıqlandırılıb. Şəhidin uşaqlıq dostları, qohumları, müəllimləri, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

    Tural Hümmətov 20 may 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində doğulub. Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində kompüter kursunun rəhbəri kimi çalışan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Tural Hümmətov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Filmin sonunda filmin sennaristi və rejissoru Q. Vəliyev adına Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev film haqqında təəssüratlarını bölüşüb və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.















    PAYLAŞ:

    Oxşar xəbərlər