"İSTİ SU" sənədli filminin nümayişi oldu - VİDEO/FİLM/FOTOLAR

"İSTİ SU" sənədli filminin nümayişi oldu - VİDEO/FİLM/FOTOLAR
  • SƏNƏT / Araşdırma / Cəmiyyət

  • Masallı Regional Mədəniyyət İdarəsində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Masal prodakşın”ın təşkilatçılığı ilə lentə alınan “İSTİ SU” sənədli filmi nümayiş olunub.

    Asiya TV
    xəbər verir ki, filmin nümayişində Masallı rayonunda rəhbər vəzifədə çalışanlar, mədəniyyət işçiləri, ziyalılar, rayon ictimayəti, “İsti-su” şəfa sanatoriyasının rəhbərliyi və media nümayəndələri iştirak ediblər.

    Təqdimat mərasimi Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

    Tədbirin aparıcısı Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti Taleh Mikayılov nümayiş olunacaq film, yaradıcı heyət haqqında geniş məlumat verib.

    O qeyd etdi ki, sənədli filmdə Odlar yurdunun dilbər guşələrindən olan Masallı rayonunda sağlamlıq mənbəyi kimi çoxdan məşhur olan mineral və termal sularının müalicəvi əhəmiyətindən, “İsti-su” Şəfa Sanatoriyasının yaranmasından və hazırki fəaliyyətindən danışılır.

    Sonra sənədli filmin nümayişi olub.

    "İSTİ SU" sənədli filminin nümayişi oldu - VİDEO/FİLM/FOTOLAR
    Nümayişdən sonra “Masal prodakşın”ın baş direktoru Cəfər Cəfərov çıxış edərək, tədbirə gələn qonaqlara öz minnətdarlığını bildirib. Prodakşın rəhbəri bildirib ki, sənədli filmdə rayonumuzda olan müalicəvi sularla yanaş tarixi mövzulara, rayon mədəniyyəti, turizimi, idmanına yer ayrılıb. Filmdə həmçinin ölkəmizin ictimai-siyasi həyatı, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbədən danışılır.

    "İSTİ SU" sənədli filminin nümayişi oldu - VİDEO/FİLM/FOTOLAR
    Çıxış edən “Yeni İctimai Nəzarət Təşkilatı”nın Masallı rayon şöbəsinin Ağsaqqallar şurasının sədri, “İsti-su” şəfa sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarov sanatoriyanın keçmişi və bu günü barədə tamaşaçılara ətraflı məlumat verib.
    O, yaradıcı gənclərə göstərdiyi dəstəyə görə Rayon İcra başçısı Şahin Məmmədova, təqdimat mərasiminin təşkili üçün Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncova öz təşəkkürünü bildirib.

    "İSTİ SU" sənədli filminin nümayişi oldu - VİDEO/FİLM/FOTOLAR
    Daha sonra Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov çıxış edərək “Masal prodakşın”ın yaranmasının bir ili olmasına baxmayaraq təşkilatın ərsəyə gətirdiyi bir çox qısa və tam metrajlı ekran əsərləri cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını bildirib. Mərkəz direktoru qeyd edib ki, Masallı Regional Mədəniyyət İdarəsi rayonda fəaliyyət göstərən yaradıcı insanlara, xüsusəndə gənclərə diqqət ayırır, onlara geniş meydan verir.

    Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, Dron operatoru Vadim Eyvazoğludur.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər