“Yuğ” Teatrı Masallıda “Şəbədə” tamaşası ilə çıxış edib - FOTOLAR

“Yuğ” Teatrı Masallıda “Şəbədə” tamaşası ilə çıxış edib - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Noyabrın 14-də paytaxtın böyük sənət ocaqlarından olan Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnə ustaları “Şəbədə” tamaşası ilə yerli teatr həvəskarlarının görüşünə gəlib.

    Asiya.az xəbər verir ki, N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində səhnəyə qoyulan tamaşanın nümayişində ziyalılar, mədəniyyət işçiləri, tələbələr və başqaları iştirak edib.
     
    Tamaşadan öncə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil ismailov qonaqları salamlayıb. Sonra teatrın direktoru İslam Həsənov tamaşa haqqında məlumat verib.

    Milli dramaturgiyamızın banisi və ilk parlaq nümayəndəsi, görkəmli maarifçi Mirzə Fətəli Axundovun “Mürafiə vəkillərinin hekayəti” əsərinin motivləri əsasında hazırlanmış tamaşada dürüstlük və ləyaqət kimi müsbət bəşəri xüsusiyyətlər tərənnüm olunub, ədalətin təntənəsi ön plana çəkilib.

    Rejissor Gümrah Ömərin quruluşunda səhnələşdirilmiş əsərdə Elgün Həmidov, Ləman Mərrix, Günəş Mehdizadə və digər istedadlı aktyorlar rol alıb.

    Tamaşa auditoriya tərəfindən maraqla qarşılanıb.





    PAYLAŞ:

    Oxşar xəbərlər