Masallıda “Nurlu ömrün anları” tamaşası nümayiş olunub

Masallıda “Nurlu ömrün anları” tamaşası nümayiş olunub
  • Masallı / Mədəniyyət

  • 18 iyul 2023-cü il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Nurlu ömrün anları” tamaşasını təqdim edib.

    Asiya.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səhnələşdirilmiş tamaşa Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu mənzum dram ilk olaraq 2013-cü ildə səhnəyə qoyulmuşdur. 

    Ulu öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən əsərə müəllif özü quruluş vermişdir.
    Tamaşa Masallı ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.


    PAYLAŞ:

    Oxşar xəbərlər