Şəhid Famil Əlizadə küçəsi asfaltlanır – VİDEO

Şəhid Famil Əlizadə küçəsi asfaltlanır – VİDEO
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonu Ərkivan qəsəbəsində ən böyük küçələrdən sayılan Şəhid Famil Əlizadə keçəsində asfaltlanma işləri gedir.

    Asiya.az xəbər verir ki, ümumi uzunluğu 1100 metr olan küçədə asfaltlanma işlərini 47 saylı Yol İstismar MMC tərəfindən həyata keçirir.

    Şəhid atası Habil Əliyev övladının xatirəsini əziz tutub onun adını daşıyan küçəni abadlaşdıraraq asfalt vurduqları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova və zəhməti keçən hət kəsə dərin təşəkkürünü bildirib.

    47 saylı Yol İstismar MMC-nin direktoru Mahmud Bağırovun Asiya.az-a verdiyi məlumata görə bu gün eyni zamanda rayonun Şatıroba kəndində də uzunluğu 500 metr olan küçəyə asfalt döşənir.
    PAYLAŞ:

    Oxşar xəbərlər