Ombudsman Səbinə Əliyevaya ağır itki

Ombudsman Səbinə Əliyevaya ağır itki
  • Cəmiyyət

  • Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib.

    Asiya.az report-a istinadən xəbər verir ki, tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib.

    Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

    Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

    Həmçinin Azərbaycanın Çindəki (2002-2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

    Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər