DEEA tərəfindən internat məktəbində Yeni il şənliyi keçirilib - FOTOLAR

DEEA tərəfindən internat məktəbində Yeni il şənliyi keçirilib - FOTOLAR
  • Sosial

  • Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
    Şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
    Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.
    Tədbir müxtəlif maraqlı və əyləncəli konsert proqramı ilə davam edib. 
    Sonra internat məktəbinin şagirdlərinə Agentliyin əməkdaşları tərəfindən bayram sovqatı və idman ləvazimatları hədiyyə edilib.





    PAYLAŞ:

    Oxşar xəbərlər