General Bəkir Orucova ağır cəza verildi

General Bəkir Orucova ağır cəza verildi
  • Hadisə / Manşet

  • "Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb.

    Asiya.az xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasan, general Orucov ittiham edildiyi maddələrlə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bir azdan B.Orucovla birgə mühakimə olunan Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovla bağlı da hökmün elan ediləcəyi gözlənilir.

    Qeyd edək ki, B.Orucov "Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra həbs edilib. General və onunla birgə ittiham olunanlar Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər