Yeni ilin “Qış nağılı”

Yeni ilin “Qış nağılı”
  • Mədəniyyət

  • Azərbaycan Dövlət Kukla Teatrının balacalara bayram ərməğanı olan “Qış nağılı” tamaşası böyük maraqla qarşılandı. Səhnə işi xüsusi olaraq  məktəblilərin qış tətili günləri, Yeni il münasibətilə hazırlanıb.

    Asiya.az xəbər verir ki, dekabrın 28-də premyerası baş tutan tamaşanın ilk izləyiciləri sözsüz ki, bu dəfə də Vətən müharibəsi şəhidi və qazilərinin, eləcə də torpaqlarımızın keşiyində dayanan hərbçilərin övladları oldu.
    Günün ikinci premyerası isə sağlamlıq imkanları məhdud balaca tamaşaçılarımız üçün nəzərdə tutulmuşu.
    Belə ki, teatrın mütəmadi həyata keçirdiyi sosial-mədəni aksiyasına uyğun olaraq 200 nəfərə yaxın müxtəlif həssas qruplara aid uşaq və yeniyetmə tamaşanı izləmək şansı qazandı.
    Tamaşaçıların coşğu ilə seyr etdikləri nümayişdən sonra onlara teatrın daxili imkanlar hesabına alınmış bayram hədiyyələri də paylandı.
    Qeyd edək ki, səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli uşaq tamaşasında mövzu da müasir uşaqlar və onların əyləncə dünyasını əhatə edir. 
    Beləcə bir saatlıq tamaşa müddətində uşaqlara həm sosial şəbəkələrin, onlayn platformalar və mobil telefonların, daha doğrusu, bu vasitələr ilə uzun zaman keçirməyin zərərləri aşılanır, həm də şifahi xalq ədəbiyyatı nümunələrindən seçilən məşhur personajlar və hadisələr vasitəsilə mütaliəyə maraq yaradılır. 
    Tamaşa 4 yanvar 2024-cü ilədək hər gün 4 seans (12, 14, 16, 18:00) olmaqla nümayiş olunacaq. Biletləri teatrın kassası və İticket.az saytından əldə edə bilərsiniz.






    PAYLAŞ:

    Oxşar xəbərlər