Lənkəranda baş verən avtoqəzada iş adamı öldü - FOTOLAR

Lənkəranda baş verən avtoqəzada iş adamı öldü - FOTOLAR
  • Lənkəran / Sosial

  • Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat  hadisəsi baş verib.

    Asiya.az-ın cənub bürosunun verdiyi məlumata görə hadisə Lənkəran - Boradigah - Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1968 - ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes - 600" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda ölüb. 

    Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsi var idi.
    Faktla bağlı araşdırma aparılır.




    PAYLAŞ:

    Oxşar xəbərlər