Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib
  • Lənkəran / Hadisə

  • Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi başverib.

    APA-nın cənub bürosunun məlumatına görə hadisə Şəhidlər xiyabanı küçəsində qeydə alınıb.  Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən, hərəkətdə olan minik avtomobili onu  vurub. Y.Nəsirova ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb. Həkimlər yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib. 
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər