Cəlilabadda yol qəzası olub, 3 nəfər yaralanıb

Cəlilabadda yol qəzası olub, 3 nəfər yaralanıb
  • Cəlilabad / Hadisə

  • Cəlilabadda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

    Asiya.az-ın məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb. 

    Hadisə zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə. Süleymanov, 1985-ci il təvəllüdlü A. Mənsimov, 2007-ci il təvəllüdlü D. Mənsimova xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər