Masallıda 2000 abonentin qaz təchizatı bərpa edilir

Masallıda 2000 abonentin qaz təchizatı bərpa edilir
  • Masallı / Sosial

  • Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərinə yaxın saatlarda qazın verilişi planlaşdırılır.

    Asiya.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat verib.

    Sözügedən əraziləri təbii qazla təmin edən diametri  273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılmışdı. 2000 abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər