Vətəndaşların nəzərinə! - Biləsuvarda qaz OLMAYACAQ

Vətəndaşların nəzərinə! - Biləsuvarda qaz OLMAYACAQ
  • Manşet / Sosial / CƏNUB

  • Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.

    Bu barədə Asiya.az-a Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib.

    Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən qidalanan 5 yaşayış məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Yuxarı Ağalı kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaq.

    "Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər", - deyə məlumatda qeyd olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər