Cəlilabad sakinlərindən qanunsuz saxlanılan 4 ədəd odlu silah təhvil götürülüb

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan 4 ədəd odlu silah təhvil götürülüb
  • Cəlilabad / Sosial

  • Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər