Cəlilabad RİH: "Elektrik enerjisinin bərpası üçün paytaxtdan texnika və canlı qüvvələr cəlb olunub"

Cəlilabad RİH: "Elektrik enerjisinin bərpası üçün paytaxtdan texnika və canlı qüvvələr cəlb olunub"
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayonunda güclü qar elektrik təsərüfatında ciddi fəsadlar yaradıb.

    "Report"un Muğan bürosuna rayon icra hakimiyyətindən verilən məlumata görə, ötən gün axşam saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə yolların qardan təmizlənməsi tədbirləri görülüb.

    Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti idarə, müəssisə və təşkilatların texnikaları və canlı qüvvələri bu işlərə cəlb olunaraq mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirilir. Bəzi ərazilərdə elektrik və rabitə xətlərində müəyyən qəzalar baş verib. Baş vermiş qəzaların tez bir zamanda aradan qaldırılması üçün Bakı şəhərindən rayona texnika və canlı qüvvələr cəlb olunub. Hazırkı vaxta müvafiq qurumlar tərəfindən işlər aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər