Lənkəranda "Hyundai" qəza törətdi, küçə işığını aşırdı - FOTOLAR

Lənkəranda "Hyundai" qəza törətdi, küçə işığını aşırdı - FOTOLAR
  • Lənkəran / Hadisə

  • Lənkəran şəhərində yol nəqliyyat hadisəsi baş verib.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Sürücünün yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı küçə işıqlarına, eləcə də yol nişanına çırpılıb. Küçə işıqlarından ikisi sıradan çıxıb. 
    Baş verən qəza ilə bağlı aidiyyəti üzrə müraciət edən olmayıb.
    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər