Lənkəranda 6 yaşlı uşaq vəfat etdi

Lənkəranda 6 yaşlı uşaq vəfat etdi
  • Lənkəran / Sosial

  • 05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

    Asiya.az xəbər verir ki, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib.

    Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.

    Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər