“Azərişıq” ASC-nin sədri Masallı və Yardımlı rayon vətəndaşlarını qəbul edib - FOTO

“Azərişıq” ASC-nin sədri Masallı və Yardımlı rayon vətəndaşlarını qəbul edib - FOTO
  • Yardımlı / Masallı / Manşet / Sosial

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 27 fevral 2024-cü il tarixində Masallı Elektrik Şəbəkəsinin inzibati binasında Masallı və Yardımlı rayonlarından olan sakinlərinin qəbulunu keçirib.

    Əvvəlcə, ASC sədri və Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
    Cənub RETSİ-nin Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

    Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər