Lənkəranda ər arvadını baltalayıb

Lənkəranda ər arvadını baltalayıb
  • Lənkəran / Hadisə

  • Lənkəranda ər arvadını baltalayıb, sonra özünə xəsarət yetirib.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə rayonun Mamusta kəndində baş verib. Kənd sakini 1955 - ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov, həyat yoldaşı 1952 - ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib. Sonra o, özünə xəsarət yetirib. Hər iki şəxs Lənkəran rayon mərkəzi  xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin döş qəfəsin, boyunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. 
    İlkin məlumata görə ər və arvad arasında dəfələrlə ailə münaqişəsi olub.

    Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər