Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi
  • Araşdırma / Siyasət

  • Neftçala və Oğuz Rayon Polis Şöbələrinə (RPŞ) rəis təyinatı baş tutub.

    Asiya.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Nazirin digər əmri ilə Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər