“Ağ məktəb”in qara günləri – Masallıda hər dəqiqəsi faciə ola biləcək məktəb

“Ağ məktəb”in qara günləri – Masallıda hər dəqiqəsi faciə ola biləcək məktəb
  • Masallı / Araşdırma / Sosial

  • “Bura bir sinif otağıdı. Hər dəqiqəsi faciə ilə bitə bilər. Xahiş olunur, biganə yanaşmayın”

    Bu sözləri sosial şəbəkədə Masallı rayonu Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbinin kitabxanaçısı Günel Cəfərova yazaraq məktəbin sökülən döşəməsini, dağılan divarlarının fotolarını paylaşıb.
    Fotolara baxdıqda həqiqətən də məktəbin bərbad, istismara yararsız olması aydın görsənir. 

    Asiya.az xəbər verir ki, bir neçə gün öncə məktəbin Fiziki tərbiyə müəllimi Ziya Mirzəyev də öz sosial hesabında məktəbin sökülən döşəməsini, şagirdlərin təhlükəli şəraitdə dərs keçdikləri sinif otaqlarının görüntülərini əks etdirən video paylaşmışdı.
    Ziya müəllimin saytımıza verdiyi məlumata görə şəraitin olmamasına baxmayaraq məktəbin şagirdlərinin əlaçı olduqlarını, idmana həvəsi olanlara dərsdən sonra ödənişsiz əsaslarla şahmat və stolüstü tenis dərsləri keçdiyini bildirib. Onun şagirdləri ötən ay rayon çempionatında müxtəlif yaş kateqoriyasında 1, 2 və 3-cü yerlərə layiq görülüblər.

    Qeyd edək ki, “Ağ məktəb” adıyla tanınan Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbi rayonun ən qədim təhsil ocaqlarından sayılır. 96 yaşlı təktəbin məzunları arasında yüzlərlə alim, tanınmış ictimai-siyasi şəxslər çıxmışdır.
    Çox təəssüf hissi ilə bildiririk ki, hazırda məktəb dağılmaq üzürədir. Buna baxmayaraq məktəbin müəllimləri bu gün də ölüm təhlükəsi ilə üzbəüz qalaraq məktəbdə gələcəyin alimlərini, ziyalılarını yetişdirir.

    Məktəb müəllimlərinin sosial şəbəkədə paylaşdıqları video və fotoları təqdim edirik:

     


    PAYLAŞ:

    Oxşar xəbərlər