Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu açıqlanıb - SİYAHI

Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusu açıqlanıb - SİYAHI
  • İdman

  • Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.

    Asiya.az report-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.

    Siyahının ilk dörd pilləsində "Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.

    Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.

    1. Leandro Andrade ("Qarabağ”) – 3,3 milyon avro

    2. Toral Bayramov ("Qarabağ”) – 2,4 milyon

    3. Juninyo ("Qarabağ”) – 2,2 milyon

    4. Elvin Cəfərquliyev ("Qarabağ”) – 1,8 milyon

    5. Kahim Parris ("Sabah”) – 1,3 milyon

    6. Suleyman Alluş ("Səbail”) – 1,2 milyon

    7. Marko Yankoviç ("Qarabağ”) – 1 milyon

    8. Ayxan Süleymanlı ("Sumqayıt”) – 900 min

    9-10. Salifu Suma ("Zirə”) – 800 min

    9-10. Julio Romao ("Qarabağ”) – 800 min
    PAYLAŞ:

    Oxşar xəbərlər