Cəlilabad sakinlərindən 11 kiloqram narkotik maddə aşkarlandı - FOTO

Cəlilabad sakinlərindən 11 kiloqram narkotik maddə aşkarlandı - FOTO
  • Cəlilabad / Hadisə

  • Cəlilabad sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən edilən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 
    Araşdırmalar aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər