O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qəfil ürək çatışmazlığından dünyasını dəyişib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 2-də saat 20:40-da pasiyent ürək nahiyəsində göynəmə, sancı şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edib:
"Ona ilkin tibbi yardım göstərilsə də, qəflətən vəziyyəti pisləşdiyi üçün təcili reanimasiyaya yerləşdirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq, saat 21 radələrində ölüm halı qeydə alınıb”.
Qeyd edək ki, R.Hümbətov uzun müddət Cəlilabad Rayon Polis Şöbəsinin Passport-Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Son illər isə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Şəhər Polis Bölməsində işləyib.
///İqtisadiyyat.az