Masallıda şəhid ailəsinə fərdi yaşayış evi verildi - FOTO

Masallıda şəhid ailəsinə fərdi yaşayış evi verildi - FOTO
  • Masallı / Manşet / Sosial

  • Masallı şəhərində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun giziri Raqib Vidadi oğlu Əzizovun ailəsi üçün tikilən birmərtəbəli fərdi yaşayış evi istifadəyə verilib.

    Asiya.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan əbədi tarixi Qələbədən, ordu-xalq birliyindən, 29 avqust 1991-ci ildə rayonun Yolağac kəndində dünyaya göz açan Raqib kimi qəhrəman oğullarımızdan söhbət açıb.  

    İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.

    Araz Əhmədov şəhid ailəsi üçün tikilən növbəti fərdi evin tikintisində zəhməti olan hər kəsə razılığını bildirib. «Biz şəhidlərə, onların ailələrinə, qazilərə nə etsək də azdır. Onlar bizə erməni tapdağıda olan torpaqlarımızı qaytarıb, başımızı ucaldıb. Onlar bizə şərəfimizi qaytarıb. Onlar heç vaxt unudulmayacaqlar. Biz onlara, şəhidlərin ailə üzvlərinə, övladlarına borcluyuq...» — deyə Araz Əhmədov nitqində bir daha qeyd edib.

    Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi şəhidi Raqib Əzizovun iki yadigar övladına müxtəlif hədiyyələr təqdim olunub.
    Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayon rəhbərinə, evin tikintisində zəhməti olan bütün şəxslərə minnətdarlıqını bildiriblər.





    PAYLAŞ:

    Oxşar xəbərlər