Masallıda şəhid ailəsi üçün ev tikildi

Masallıda şəhid ailəsi üçün ev tikildi
  • Masallı / Sosial

  • Masallı rayonunda daha bir şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verilib.

    Asiya.az
    xəbər verir ki, rayonun Bala Təklə kəndində, Qarabağ müharibəsi şəhidi Yavər Balaxan oğlu Ağayevin ailəsi üçün tikilən birmərtəbəli fərdi yaşayış evinin açılışında Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, digər rayon rəsmiləri iştirak ediblər.

    RİH başçısı A.Əhmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Raqib kimi oğullarımızın qəhrəmanlığından, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

    Şəhidin ailə üzvləri — anası, 5 qız, 7 oğlan anası Xədicə Süleymanova, bacısı Rahidə Ağayeva, həmin kənddən olan veteran polis Əlifağa İbrahimov və başqaları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər